Şansa bağlı uduşlu BTL aksiya növləri alıcıya hədiyyə qazanma imkanı yaradır. Lakin şirkət və ya brendin satışlarının artması məhz düzgün hədiyyə seçimindən çox asılıdır.
Lotoreya
Lotoreya alıcının aldığı məhsul nəticəsində xüsusi hədiyyə qazandıran aksiya növüdür. Bu aksiya böyük bir kütləni əhatə etməklə çoxlu hədiyyələr qazandırır və eyni zamanda yüksək satış rəqəmlərinə nail olur. Belə ki, şirkət müxtəlif mexanizmlərdə lotoreya keçirə bilər. qapaq altından kod, məhsul qablaşdırmasının daxilində uduşlu kupon və s formatda lotereya növlərinə rast gələ bilərsiz. Misal: Pepsi brendi qapaq altı kampaniyası zamanı müxtəlif hədiyyələr təqdim etmişdir. Belə ki, Lotoreya kampaniyasına əsasən qapağın altından ya anında hədiyyə çıxır, ya da alıcı bir neçə futbolçunun adlarını bir yerə toplamaqla daha böyük hədiyyələr qazanır.
Müsabiqə
Müsabiqə ən aktiv və hərəkətli BTL alətlərindən biridir. Müsabiqələr BTL aləti kimi böyük üstünlüyə malikdir. Belə ki, müsabiqələri sosial media üzərindən həyata keçirtməklə böyük WOM (ağızdan-ağıza yayılan məlumat) effekti əldə etmək olur. Misal: Şirkət facebook səhifəsində müsabiqə formatında izləyicisinə sual ünvanlayır və bu suala kommentdə və şəxsi profilində maraqlı, ətraflı və ya əsaslandırıcı cavab verməsini istəyir. Sonunda isə ən maraqlı cavaba bahalı (səyahət, hədiyyə kuponu və s.) hədiyyə vəd edir. Nəticə etibarı ilə müsabiqə minlərlə insan tərəfindən paylaşılır və şirkətin və ya brendin tanınması dəfələrlə artır.
Anında hədiyyə (yerində hədiyyəni qazanmaq və əldə etmək)
Alıcı mağazada müəyyən miqdarda alış-veriş edir və hədiyyə əldə edir. Misal: parfum mağazasında 100 AZN-lik məhsul alan şəxsə kiçik kosmetika, tuş və s hədiyyə verilir.
Hədiyyəli oyunlar
Brend özünü tanıtmaq və hədəf auditoriyasının lazımi seqmentinin diqqətini cəlb etmək üçün onlayn oyunlara inteqrassiya olunur və iştirakçı oyunda iştirak etməklə hədiyyə qazanma şansı əldə edir. Misal olaraq Pepsi, Redbull və digər markaları göstərmək olar.
Elnur Məmmədov haqqında:
9 ildən çoxdur ki, satış, reklam və marketinq sahəsində təcrübəyə malikdir. Son 6 ildə reklam fəaliyyəti ilə məşğul olur. Bir çox beynəlxalq təlimlərin o cümlədən Şkola Prodaj Sinergiya, İsaac Pintosevich Systems, NİMA marketing institute, KarnegiKlub və digər məktəb və kursların sertifikatına malikdir. Global və Yerli şirkətlərlə reklam sahəsində geniş təcrübəsi var. Proven TTL reklam agentliyinin direktorudur.