Sərgi Stendi Dizaynı və İstehsalı
BİZ KİMİK?
Proven TTL 10 ildən artıq təcrübəyə malik, sərgi stendləri dizaynı və qurulması sahəsində ixtisaslaşmış peşəkar reklam və marketinq şirkətidir. Sərgi stendləri brendlərin sərgi və tədbirlərdə fərqlənməsi üçün ən effektiv təqdimat vasitələrindən biridir. Şirkətimiz yerli və beynəlxalq sərgilərdə brendlərin effektiv təqdimatı üçün sərgi stendi dizaynı, sərgi stendi istehsalı, sərgi stendinin quraşdırılması, brand activation və kreativ marketinq həlləri təqdim edir.
Komandamız sərgi stendinin layihələndirilməsi, 3D stend dizaynı, 3D vizuallaşdırma, fərdi sərgi stendlərinin hazırlanması, istehsalı, daşınması, quraşdırılması və sökülməsi daxil olmaqla tam xidmət paketi təqdim edir.
Hazırladığımız peşəkar 3D maketlər və 3D vizuallaşdırmalar sayəsində müştərilər sərgi stendinin son görünüşünü istehsal mərhələsinə keçməzdən əvvəl detallı şəkildə qiymətləndirə bilirlər.
Proven TTL beynəlxalq sərgilər, biznes forumları, konfranslar və korporativ tədbirlər üçün innovativ sərgi həlləri hazırlayır. Şirkətimiz modul stendlər, eksklüziv sərgi stendləri, ekspozisiya sahələrinin dizaynı və sərgi məkanlarının brend konsepsiyasına uyğun qurulması sahəsində uğurlu layihələr həyata keçirmişdir.
Proven TTL yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edərək sərgi stendi dizaynı, sərgi stendi istehsalı, 3D stend layihələri, ekspozisiya həlləri, event və brand activation layihələri üzrə uğurlu işlərə imza atmışdır.



































