Back to top

PROVEN TTL

Promoter.az-da tədbirlərin keçirilməsi üçün bütün xidmətlər var

Proventtl.az-da tədbirlərin keçirilməsi üçün bütün xidmətlər var

Bakı. Trend:

Azərbaycanda hər il yüzlərlə müxtəlif açılış tədbirləri, partilər, korporativ tədbirlər, sərgilər, promo-aksiyalar keçirilir. Belə tədbirlərin adətən xarici şirkətlər tərəfindən keçirildiyi məlumdur. Yerli şirkətlərin bu sahədə fəaliyyətinin olub-olmamasını araşdırmaq üçün şəhərin bir neçə supermarket və AVM-lərinə (Alış-veriş mərkəzləri) üz tutduq.

Araşdırmamız bizi PROMOTEAM MMC-yə məxsus Promoter.az saytı ilə qarşılaşdırdı. Məlum oldu ki, bəzi supermarketlərdə promo-aksiyalar və AVM-lərin stend tədbirlərinin bir hissəsi Promoter.az platformasının vasitəsi ilə təşkil olunur.

Bu platformanın fəaliyyəti haqqında ətraflı öyrənmək üçün PROMOTEAM şirkətinin həmtəsisçisi Elnur Məmmədovla həmsöhbət oldum. Onunla Promoter.az-ın ofisində görüşdük. Müsahibənin keçiriləcəyi vaxtdan bir az tez gəldiyimdən Elnur bəyin təlimində də iştirak etmək şansım oldu. O, komanda üzvlərinə məhsulun təqdim edilməsi, müştərilərlə kommunikasiyanın qurulması haqqında məlumat verirdi. Təlim bitdikdən sonra söhbətimizə başlayırıq.

Elnur bəy təlim haqqında qeyd edərək bildirir ki, daim komandasının təkmilləşdirilməsinə çalışır və elə bugünkü təlim də bu qəbildən olan təlimlərdən biridir. Daha sonra isə şirkətin xidmətləri və fəaliyyəti barədə məlumat verən Elnur bəy bildirir ki, promoter.az, korporativ, xüsusi tədbirlər, sərgilər, promo-askiyalar, partilər, çəkilişlər üçün personal xidmət göstərən platformadır:

“Platformamıza tədbirlərin keçirilməsi üçün tələb olunan bütün xidmətləri daxil etmişik. Belə ki, bura videoqraf, fotoqraf, aparıcı, foto-model, promoter, hostess, supervayzer, promo-model və personaj daxildir”.

Platformanın yaranma zərurəti və məqsədindən danışan müsahibim kompleks personal xidmətləri təklif edən və bu növ xidmətlərdən yararlanmaq istəyən müştərilərin işini asanlaşdıran bir şirkətə ehtiyac olduğunu və bu platformanın da bu səbəbdən yarandığını vurğulayır:

“Şirkətlərin öz tədbirlərini təşkil etmək üçün peşəkar personal tapmaqda çətinlik çəkdiklərini müşahidə edirdim. Eləcə də belə tədbirlər üçün bir çox istedadlı şəxslərin öz bacarıqlarını nümayiş etdirəcək imkanları elə də geniş deyildi. Promoter.az belə bir zərurətdən yarandı. Platformamızın məqsədi, promoter axtaran şirkətlərlə promoter xidməti təklif edənlər arasında rahat əlaqəni təmin etməkdir”.

Elnur bəy həmçinin saytda diqqətimi çəkən “İstedadlar” bölməsi haqqında məlumat verir:

“”İstedadlar” adlanan bölmədə tədbir üçün animator, qrim, stand up, face art, alov şousu, rəqs qrupu sifariş edə bilərsiniz. Bu bölmənin sahələri qabiliyyətinə görə digərlərindən fərqləndiyi və eyni zamanda istifadəçilərin xidmətləri asanlıqla axtarış edə bilməsi üçün saytımızda “İstedadlar”a ayrıca bölmə açmışıq”.

10-dan çox xidmət təklif edən saytın həmtəsisçisi Elnur bəy gələcəkdə daha geniş miqyasda xidmət göstərmək niyyətində olduğunu bildirir və saytdakı xidmətlərin bir neçəsi haqqında qısa məlumat verir:

“Bizim promo-model xidmətimiz var ki, burda çalışanlar model görünüşlü, gülərüz, aktiv, müştəri ilə ünsiyyətdə olan, müxtəlif tədbir və ya sərgilərdə, reklam aksiyalarında xidmət və ya məhsul haqqında məlumatlandıran və ya alışa təşviq edən şəxsdir. Promoterlər ünsiyyətcil, gülərüz, supermarketlərdə, açıq məkanlarda daddırma və ya satışı stimullaşdıran aksiyalarda iştirak edən, evlərə, iaşə obyektlərinə və ya açıq məkanlarda kataloq və ya flayer paylayan, zahiri görünüşü üçün xüsusi tələb olmayan xoş görünüşlü şəxslərdir. Hostess xidməti dedikdə isə bir neçə dil bilən, müxtəlif tədbirlərdə və məkanlarda şirkətin nümayəndəsi kimi qonaqları qarşılayan gözəl görünüşlü xanımlar nəzərdə tutulur”.

O həmçinin qeyd etdi ki, istifadəçilər xidmətlər haqqında ətraflı məlumat və xidmətlər üçün tələb olunan şərtlər haqqında Promoter.az-ın “Blog” bölümündə tanış ola bilərlər.

Elnur bəy həmçinin platformanın xidmətlərindən yararlanmaq üçün istifadə qaydaları haqqında da danışır:

“Saytdan lazımi xidmət sahəsini həm “Axtarış” bölməsində yazmaqla, həm də “Xidmətlərimiz” və “İstedadlar” bölmələrində tapmaq mümkündür. Bundan sonra axtarış verilən müvafiq sahə üzrə namizədlər siyahısından uyğun namizəd seçilir. Müştəri namizəd haqqında qısa məlumatla yanaşı, onun işləri ilə də tanış ola bilər. Namizəd seçildikdən sonra onu “səbət”ə atır. Qeyd edək ki, “Səbət”ə atılmış namizədi sifariş vermək üçün müştəri qeydiyyatdan keçməli, şirkəti və özü haqqında məlumatı daxil etməlidir. Sifarişdən sonra göndərilən sorğuya qısa müddətdə cavab verilir və qiymət təklifi göndərilir”.

Saytda müştərilərə xidmət təklif edənlərin peşəkarlığı barədə sualımızı cavablayan Elnur bəy qeyd edir ki, saytda xidmət təklif edən şəxs özü ilə yanaşı, həmçinin iştirak etdiyi tədbirlərdən də məlumat yerləşdirir:

“Öz xidmətini təklif etmək üçün müraciət edən şəxs qeydiyyat bölməsində müvafiq xanaları doldurub bizə göndərir. Biz də məlumatları incələdikdən sonra təsdiq edir və ya müraciət edən şəxsin tələblərimizə cavab vermədiyi barədə həmin şəxsə email göndəririk. Həmçinin xidmət təklif edənlərin peşəkarlığına əmin olmaq üçün biz həm də kastinqlər keçiririk və beləliklə onlar haqqında dəqiq məlumatımız olur”.