Reklam kommunikassiyası və arxetiplərin brendlərin uğurundakı rolu
Bildiyiniz kimi bir çox böyük brendlər müştərilərin yaddaşlarında qalmaq, rəğbətini qazanmaq, fərqli görünmək və s. səbəblərdən dolayı arxetiplər formalaşdırırlar.
Arxetiplər xarakterinə görə müxtəlif tiplərə bölünür. Bunlardan, qəhrəman, üsyankar, təlxək, qayğıkeş, sehirbaz, müdrük kimi obrazları misal çəkə bilərik. Məhz bu tip xarakterlər brendin güclənməsinə, yaddaşlarda uzun müddət qalmasına təsir göstərir.
Lokal bazarda da bu arxetiplərə müxtəlif sahələrdə və əsasən banklarda rast gəlmək olur. Lakin bu mascot və ya obraz çərçivəsindən kənara çıxa bilmir və şirkətlər bu istiqamətə çox də əhəmiyyət vermir.
Lakin dünya brendi olan M&M’s bu ənənəni 50 ildən çoxdur ki, saxlayır və olduqca uğurlu kommunikassiya edir. Bir çoxlarımızın bildiyi komik və təlxək obrazlar M&M’s markasının strategiyasında önəmli rol oynamışdır.