BTL aksiyalar həyata keçirərkən MÜŞTƏRİLƏRİN maraqlarının nəzərə alınması
Xeyriyyə tədbirləri-imic xarakterli BTL aksiyaların əyani nümunəsi sayılır. Xeyriyyə aksiyaları müəyyən vəsaitin sosial-əhəmiyyətli problemlərin həllinə yönəlmiş imic xaratkerli aktivlik növüdür. Belə ki, alıcılar bu tip aksiyalarda böyük həvəs və məmnuniyyət ilə iştirak edir, brendlər isə nəticə olaraq özləri üçün müsbət imic formalaşdırır.
Misal olaraq #Doymak brendinin Made in Azerbaijan festivalı çərçivəsində Bravo Supermarketlərdə həyata keçirtdiyi Bir Uşağın Sevinci (#1usaginsevinci) xeyriyyə aksiyasını qeyd edə bilərəm.
Belə ki, Doymak brendi xeyriyyə aksiyası müddətində hər məhsula alan şəxs adından 0.10 qəpik xeyriyyə yardımı reallaşdırmışdır. Nəticədə sosial evdə yaşayan bir çox uşaqları müxtəlif hədiyyələrlə sevindirməklə yanaşı onlar üçün parkda yeni əyləncəli atraksion yerləşdirmişdir.