Back to top

BTL kampaniyalarda şüar-deviz (slogan) istifadəsi.

Şirkətlər hər hansı bir geniş kommunikassiya planı, məhsul yönümlü müxtəlif kampaniyalar hazırlayarkən və ya şirkətin vizyonunu, missiyasısını təyin edərkən şüar müəyyən edir və həmin şüarı bütün reklam konseptinə və ya strategiyaya adaptassiya edir.

Kampaniya və ya BTL aktivliklərdə müvəqqəti xarakter daşıyan şüar bir növ çağırış və ya reklam kampaniyasının xüsusi mesaj rolunu daşıyır. (D Rose Jump Store-Adidas)

Lakin bəzi dünya markaları da, vardır ki, uzun illərdir bir çox kampaniya mesajlarında eyni şüardan istifadə edir və kifayət qədər uğurlu kommunikassiya edir. Misal olaraq Nike’s «Just Do It» «Sadəcə et» şüarını deyə bilərik.

Düşünürəm ki, dünyada elə bir insan yoxdur ki, «Just Do It» şüarını eşitməsin.  Qeyd edim ki, sloqan ilk dəfə reklam kampaniyasında 1988-ci ildə markanın tərkibi olmuşdur və bütün dəyərlərə, idmanın yüksəlişinə, rəqabətlilik ruhuna və qalibiyyətin şirinliyinə uyğunlaşmışdır.

Bu slogan 30 ildən çoxdur ki, aktuallığını saxlayır və 17 milyondan çox istifadəçi #JustDoIt həştəqindən istifadə edib.