BTL kampaniyalarda innovativ reklamların əhəmiyyəti
Adətən şirkətlər müştəri ilə birbaşa ünsiyyətdə olmaq, emosional mesajı çatdırmaq, loyallığı artırmaq və müştərinin emosional yarımkürəsində yer tutmaq üçün BTL aksiyalar təşkil edir.
Bundan əlavə, BTL aksiyalar məhsul alışını stimullaşdırmaq üçün əsas vasitələrdən biridir.
Bir çoxlarımız parklarda, dəniz kənarında, qapalı məkanlarda, o cümlədən alış-veriş mərkəzlərində, supermarketlərdə müəyyən ərazidə quraşdırılmış reklam aksiyalarının (stendlərin) şahidi olmuşuq.
Mexanizmə görə, BTL aksiyalar bir neçə formatda həyata keçirilir:
– Əyləncəli,
– Tanıtım və məlumat xarakterli,
– Satış stimullaşdırıcı
Adətən BTL aksiyalar manual mexanizmli oyunlardan ibarət olur. Lakin insanların diqqətini daha çox cəlb etmək və yaddaqalan etmək üçün son bir neçə ildə innovativ reklam vasitələri ölkəmizdə də geniş yayılmağa başlayıb.
Bunlardan Virtual Reality, Interactive floor, Kinect sensor, 3D project tipli reklam məhsullarını misal çəkmək olar.
“PROVEN TTL” reklam şirkəti də, əsasən BTL kampaniyaların keçirilməsi istiqamətində ixtisaslaşıb və lokal bazarda keyfiyyət və fərqliliyi ilə qlobal və yerli müştərilərə xidmət göstərir.