Promoter-şirkətin nümayəndəsi kimi Promoter – as the representative of the company

Promoter-şirkətin nümayəndəsi kimi Promoter – as the representative of the company

Bugün bir çox şirkətlər mütəmadi promoter aksiyaları təşkil edir. Lakin bəzi şirkətlər işə primitiv yanaşma etdiyi üçün aksiya nəticələri qənaətbəxş olmur. Hətta bəzən müştəri bu istiqamətdə təcrübəli olmadığı üçün əldə olunan nəticələri qənaət bəxş sayır və promoterin əldə olunan nəticədən daha effektiv olmayacağını düşünür.

BTL aksiyanın maksimum uğurlu realizassiyası və auditoriya ilə bir başa ünsiyyətdə olması üçün promoterlər ön planda şirkəti təmsil edir. Potensial müştərinin məhsul və ya xidmətə qarşı münasibətin formalaşdırılması məhz promoterdən asılı olur.

Promoter- BTL aksiyanın siması olduğu üçün müəyyən qaydalara riayət etməlidir. Belə ki, alıcı ilə nəzakətli, gülərüz, xoş məramlı və diqqətcil olmalıdır.

Əlbəttə ki, promoterin vəzifələri qeyd etdiyim qaydalarla tamamlanmır. Promoter agentlik tərəfindən xüsusi olaraq hazırlanmış hüquq və vəzifələrə riayət etməli, icra edəcəyi iş barədə geniş və dəqiq məlumatı olmalıdır.

Qeyd edim ki, şirkətlər mütəmadi olaraq satış nöqtələrində müxtəlif ticari kampaniyalar həyata keçirirlər. Bu kampaniyalar endirimdən, müxtəlif hədiyyəli bağlamalardan, ibarət olur. Lakin bu formada aksiyaları demək olar ki, eyni kateqoriyada bir neçə şirkət etdiyi üçün alıcı alış-veriş vaxtı seçim qarşısında qalır. Bu zaman alıcıya qərar verməsi üçün PROMOTER köməklik göstərir.

Proven TTL şirkəti olaraq biz də, mütəmadi şəkildə Global və Yerli şirkətlərlə bu istiqamətdə əməkdaşlıq edirik və müştərilərimizin məmnuniyyəti üçün promo-askiyalara xüsusi diqqət yetiririk.

#ProvenTTL #promoter #BTL #advertising #brandactivation

Leave A Comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir