Markalar BTL aktivilklər həyata keçirərkən nələrə diqqət etməli, və uğurlu nəticələr əldə etmək üçün hansı məqamları nəzərə almalıdır?

Markalar BTL aktivilklər həyata keçirərkən nələrə diqqət etməli, və uğurlu nəticələr əldə etmək üçün hansı məqamları nəzərə almalıdır?

What should brand focus on when doing BTL activities, and what considerations must be taken to achieve successful results?

BTL kampaniyaların uğurlu olması üçün (marka aktivlikləri) kampaniyanı strateji istiqamətdə aparmaq, ölçülə bilən nəticələr verməsi və İnvestisiyanın Qayıtmasına (ROI) yönəldilməsi lazımdır. Bu hədəflərə nail olmaq üçün aşağıdakı məqamlar öz əksini tapmalıdır:

BTL konsept

·     Marka ilə BTL kampaniya harmoniya təşkil edəcəyindən əmin olmalı

·     Kampaniya hədəf auditoriyaya uyğun olmalı

·     BTL aktivliyin auditroiyaya çağırış etməli və aktivliyə cəlb etməli

·     aydın SMART hədəflər təyin edilməli

Hər hansı bir markanın BTL kampaniyasını həyata keçirmək əladır, lakin kampaniyaya start vermək üçün İDEA irəli sürülməlidir.

İdeanın məqsədi, məhsulunuzun tanıtımı, istehlakının artırılması, istehlakçılarınızla qarşılıqlı əlaqədə olmaq, rassional və emossional bağ olmasını təmin etməkdir. Bundan əlavə, kampaniya mexanizmi və keçirilən oyunların məqsədi müştəri zehnində yeni fikir oyatmaq, xəyal dünyasını qurmaq, genişləndirmək, emossional mesajı çatdırmaq, məhsula bağlılıq yaratmaq, istehlakçı təcrübəsi formalaşdırmaq və yaddaşlarda qalmağa təşviq etməkdir.

Planlaşdırma etapına keçməzdən əvvəl bütün ideaları nəzərdən keçirin və markanızla ən yaxşı uyğunlaşan və ən yaxşı ROI verəcək konsepsiyanı seçin.

BTL kampaniyalar zamanı BÜDCƏ hesablamalarına xüsusi diqqət yetirin. Çünki, gözlənilməz xərclər Sizi çətin vəziyyətdə qoya bilər. Büdcənizi səmərəli planlaşdırmalı və bütün xərcləri dəqiq nəzərə almalısınız. Bu tip çətinliklərlə üz-üzə qalmamağınız üçün təcrübə onu göstərir ki, böyük BTL kampaniyalarda adətən gözlənilməz xərclər üçün əlavə məbləğ təyin olunur.

Müştərinin kampaniyada 100% məmnuniyyətini təmin etmək və yüksək nəticələrə əldə etmək üçün BTL aktivlik ərəfəsində mütəmadi analizlər aparılmalı və testlər edilməlidir.

Kampaniyanın maksimum effektivliyini təmin etmək üçün TV, sosial-media, Outdoor və İndoor kommunikassiya etməniz vacibdir. Çünki digər halda, kampaniya çağırışı böyük kütləni əhatə edə bilməyəcək.

Kampaniya başa çatdıqdan sonra əldə edilən datalar nəzərdən keçirilməli, ROI-nin nə qədər olduğu müəyyən edilməli və nəticələr müzakirə edilməlidir. Eyni zamanda müştəri məmnuniyyətinin ölçülməsi üçün istehlakçılarla kampaniya ilə bağlı sorğu aparmaq və alınan məlumatları gələcəkdə marketinq fəaliyyətində istifadə etmək növbəti BTL aktivliklərin daha uğurlu olmasına kömək edəcək.

Leave A Comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir