Instore activation-Marketlərdə satışı necə artırmaq olar?

Instore activation-Marketlərdə satışı necə artırmaq olar?

Promoter satışın stimullaşdırılması üzrə aksiyanı keçirən işçidir (mal barəsində danışır, pulsuz nümunələr paylayır, alışları stimullaşdırır).

Yəqin ki, iri supermarketlərdə, dayanaraq, məhsul haqqında məlumat verən və ya hər hansı malın əldə olunmasına görə hədiyyə təqdim edən və ya daddırma edən parlaq geyimli gənc xanımları görmüsünüz. Bunlar düşündüyünüz kimi təsadüfi insanlar deyil, marketinq sahəsində olduqca hörmətli olan işçilər – promouterlərdir. Bu peşə nisbətən yeni yaranıb ki, bu də təəccüblü deyil, belə ki, əvvəllər dünya istehsalçıları indiki qədər geniş həcmdə mallar təklif etmirdi. Hal-hazırda isə, market piştaxtaları mallarla dolu olduğu bir zamanda, istehsalçı sizi öz malını almağa, demək olar ki, “məcbur etməlidir”. Bu işdə isə ona alıcı üçün nəzərə çarpmayan vasitəçilər yardım edir. Bu da promoterlərdir.

Promoterin məqsədi potensial alıcını gördükdə, onun diqqətini cəlb etməkdən, ehtiyacını müəyyən etməkdən və malın satışını həyata keçirməkdən ibarətdir. Bunlar promouterin başlıca vəzifələri, onun işinin əsasını təşkil edən meyarlardır. Promoter eyni zamanda satışın stimullaşdırılması üzrə aksiyanı keçirən işçidir (mal barəsində danışır, pulsuz nümunələr paylayır, alışlarıstimullaşdırır).

Proven TTL reklam şirkəti də, bu istiqamətdə müxtəlif global və yerli şirkətlərə xidmət göstərir və uzun müddətli təcrübəyə malikdir.

Leave A Comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir