BTL aksiyalar həyata keçirərkən istehlakçıların maraqlarının nəzərə alınması  Taking into account the interests of customers in the implementation of BTL

BTL aksiyalar həyata keçirərkən istehlakçıların maraqlarının nəzərə alınması Taking into account the interests of customers in the implementation of BTL

Müştərilərin maraqlarının təhlil olunması, həyata keçirilən BTL aksiyalar qədər vacibdir. Maraqlar təhlil olunarkən ehtiyacların dəqiq və aydın olması və hədəf auditoriyanın istək və maraq dairəsi mütləq şəkildə nəzərə alınmalıdır. Bu təhlillər ilk növbədə onun üçün vacibdir ki, icra olunan promo-aktivliklər fiaskoya uğramasın.

Müştərilərin maraqlarının tədqiq olunması üçün müxtəlif metod və alətlərdən istifadə olunur: internet texnologiyalarından istifadə ilə sorğular, şəxsi maraqlar, email sorğuları, telefon sorğuları və s.

Bir qayda olaraq sorğular nəzərdə tutulan aksiya üçün strateji əhəmiyyət daşıyır. Buna misal olaraq, Nestle şirkəti hər bir məhsulunun hədəf auditoriyasını müəyyən etmək üçün 2000 respondent üzərindən araşdırma aparmış  və iştirakçılar  “yüngül atışdırma”nı necə təsəvvür etdiklərini təsvir ediblər. Bu araşdırmanın nəticəsi olaraq Nestle şirkəti müxtəlif məhsulları üçün hədəf auditoriyasını dəqiq müəyyən etmiş və BTL aksiya zamanı maksimum effektivlik əldə edərək şokolad satışlarını əhəmiyyətli dərəcədə artırmışdır.

Elnur Məmmədov haqqında:

9 ildən çoxdur ki, satış, reklam və marketinq sahəsində təcrübəyə malikdir. Son 6 ildə reklam fəaliyyəti ilə məşğul olur. Bir çox beynəlxalq təlimlərin o cümlədən Şkola Prodaj Sinergiya, İsaac Pintosevich Systems, NİMA marketing institute, KarnegiKlub və digər məktəb və kursların sertifikatına malikdir. Global və Yerli şirkətlərlə BTL reklam sahəsində geniş təcrübəsi var. Proven TTL reklam agentliyinin direktorudur.

Leave A Comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir