BTL aksiyalar-xeyriyyə tədbirləri (charity events)-Doymak

BTL aksiyalar-xeyriyyə tədbirləri (charity events)-Doymak

 

Xeyriyyə tədbirləri-imic xarakterli BTL aksiyaların əyani nümunəsi sayılır. Xeyriyyə aksiyaları müəyyən vəsaitin sosial-əhəmiyyətli problemlərin həllinə yönəlmiş imic xaratkerli aktivlik növüdür. Belə ki, alıcılar bu tip aksiyalarda böyük həvəs və məmnuniyyət ilə  iştirak edir, brendlər isə nəticə olaraq özləri üçün müsbət imic formalaşdırır.

Misal olaraq #Doymak brendinin  Made in Azerbaijan festivalı çərçivəsində Bravo Supermarketlərdə həyata keçirtdiyi Bir Uşağın Sevinci (#1usaginsevinci)xeyriyyə aksiyasını qeyd edə bilərəm.

Belə ki, Doymak brendi xeyriyyə aksiyası müddətində hər məhsula alan şəxs adından 0.10 qəpik xeyriyyə yardımı reallaşdırmışdır. Nəticədə sosial evdə yaşayan bir çox uşaqları müxtəlif hədiyyələrlə sevindirməklə yanaşı onlar üçün parkda yeni əyləncəli atraksion yerləşdirmişdir.

Elnur Məmmədov haqqında:

9 ildən çoxdur ki, satış, reklam və marketinq sahəsində təcrübəyə malikdir. Son 6 ildə reklam fəaliyyəti ilə məşğul olur. Bir çox beynəlxalq təlimlərin o cümlədən Şkola Prodaj Sinergiya, İsaac Pintosevich Systems, NİMA marketing institute, KarnegiKlub və digər məktəb və kursların sertifikatına malikdir. Global və Yerli şirkətlərlə reklam sahəsində geniş təcrübəsi var. Proven TTL reklam agentliyinin direktorudur.

Leave A Comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir