Sifarişçi şirkət üçün BTL reklam kommunikassiya planının hazırlanması.

Sifarişçi şirkət üçün BTL reklam kommunikassiya planının hazırlanması.

Reklam agentliyi tərəfindən sifarişçi şirkət üçün təklif hazırlanarkən məhsul haqqında ətraflı məlumat alınmalıdır ki, düzgün və maksimum nəticəyə hədəflənmiş təklif verilsin. Reklam planı hazırlanması üçün əvvəlcə məhsul haqda geniş informassiya əldə edilməlidir. marketinqdə bu terminə BRİF deyilir.

Bu informassiyalara daxildir:

-Məhsulun qiyməti, seqmenti, xarakteri, xitab etdiyi hədəf auditoriyası, bazarda mövqelənməsi və müştərinin portreti.

-Seqment deyərkən yaş, cins, maraqlar, sosial və iqtisadi vəziyyətinə görə bölünən qruplar.

Hədəf auditoriyası isə prioritetlərə bölünür:

Deyək ki, məhsulun müştərisi həm kişi həm qadınlar həm də gənclərdir. Amma şirkət üçün sıralanmaya görə prioritet müştərilər var.

Məsələn bu: 1ci sırada gec saatlara kimi işləyən dinamik həyat tərzi yaşayan şirkət menecerləri kişilərdir.

2-ci sırada sağlamlığına və fiziki görünüşünə ciddi önəm verən şəxslərdir.

3-cü tələbələrdir, hansı ki, gec saatlara kimi təhsili üzərində, günün böyük bir hissəsini təhsilə ayırır yeməyə və idmana o qədər də vaxtı olmur.

Bizim məhsulumuz isə gün ərzində insanı gümrah, enerjili, tox saxlamaq üçün nəzərdə tutulub və eyni zamanda qiyməti orta seqment üçün uyğundur.

Bütün bu məqamlar müəyyən edildikdən sonra artıq reklam kanalı və ya vasitəsi seçilir.

Misal üçün, bu məhsula uyğun komunikassiya kanalları müxtəlif ola bilər.

TV-də intelektual və idman verilişləri, metro, Universitet daxili yerlər, alış-veriş mərkəzləri, sosial şəbəkələri qeyd etmək olar.

Davamı var..

Leave A Comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir