29364 min iştirakçının qatıldığı BTL aksiya təcrübəmiz-HELL Energy

29364 min iştirakçının qatıldığı BTL aksiya təcrübəmiz-HELL Energy

Proven TTL reklam şirkəti əsasən BTL kommunikassiya üzrə reklam xidməti göstərdiyi üçün daha çox FMCG  sektorla əməkdaşlıq edir. BTL üzrə kommunikassiyaya Global şirkətlər daha çox diqqət yetirdiyindən şirkətimiz- Nestle, Danone, Hayat Kimya, Unilever, Danone, Alexgroup, Roshen, HELL energy, Hayat Kimya kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.

Qeyd etdiyim şirkətlər arasında HELL Energy Macarıstan markası olaraq ölkədə lider mövqedə dayanır və BTL aktivliklərə ciddi önəm verir. Onu da əlavə edim ki, Proven TTL şirkəti HELL Energy şirkətinin rəsmi eksklüziv BTL tərəfdaşıdır.

HELL Energy markası ilə olan ən uğurlu BTL aksiyalardan biri də, Qış mövsümündə alış-veriş mərkəzlərində keçirilmiş Winter Concept layihəsidir. Layihə 4 alış-veriş (Gənclik Mall, 28Mall, ParkBulvar, Metropark) mərkəzini əhatə etməklə toplam 29364 iştirakçının cəlb olunmasına nail olunmuşdur.

Belə ki. Hell Energy Macarıstan ofisindən bizə qış mövsümündə BTL aktivlik ilə sorğu daxil olmuş və Brif verilmişdur.

Brifdə qeyd olunanlardan bir hissə:

-Yeni il ərəfəsində BTl kommunikassiya

-müştəri ilə marka arasında emossional bağlantının qurulmalı,

-Qış mövsümü və Yeni İl ilə asossasiya olunmalı

-Həyəcan və adrenalin yaratmalı

-Əyləncəli olmalı

-Maksimum sayda iştirakçı cəlb edilməli

-Əsasən gənc auditoriyaya xitab etməli

Proven TTL şirkətinin peşəkar, kreativ və entuziazmlı komandası hər zaman olduğu kimi Brifi detallı incələyib, beyin fırtınası etdi və çox maraqlı, fərqli və müştərinin tələbinə uyğun BTL təklif hazırladı. Ümumiyyətlə Brifə uyğun idea düşünərkən komandanın bütün üzvlərinin fikirlərini qeydə  almalı, müzakirə edilməli və sonda qərar verilməlidir. Çünki əgər hər hansı bir əməkdaş təklif etdiyi ideanın dəyərləndirilmədiyini və ciddiyə alınmadığını görərsə, növbəti işlərdə heç bir idea irəli sürməyəcək. Ona görə də, təklif olunan idealar digər işlərdə istifadə oluna biləcəyini nəzərə alıb, arxiv idea olaraq saxlanılmalıdır.

Oxucumuzu yormamaq üçün mövzümuza qayıdıram və Hell Energy BTL aksiyası haqqında ətraflı məlumatı Sizinlə paylaşmağa davam edirəm.

Deməli, biz ideanı formalaşdırdıqdan sonra, ideanın vizualını, BTL (offline) inteqrassiyasını, mexanizmi, vaxt planlamasını, promo-komanda tərkibini, iştirakçı sayını və büdcəni müəyyən etmişdik. Adətən müştəri hər hansı bir BTL kommunikassiya üçün detallı vizuallarla birgə təqdimat görmək istəyir. Biz də, 10 slayddan ibarət təqdimat hazırlayıb Hell energy Macarıstan ofisinə göndərdik.

Proven TTL yerli şirkət olduğu üçün Global şirkətlərlə əməkdaşlıqda çətinliklər yaşayır. İşimizin və komandamızın peşəkar olmasına baxmayaraq Global şirkətlər bir qayda olaraq beynəlxalq reklam agentlikləri ilə işləməyə üstünlük verirlər. Çünki beynəlxalq reklam agenlikləri bir çox ölkələrdə nümayəndəlikləri var və müştəri məhz şərti olaraq Amerikada X agentliklər işləyirsə, Azərbaycanda da təbii ki, onunla işləməyə üstünlük verəcək.Amma biz bütün bu çətinliklərə baxmayaraq bu sterotipi qırmaq və xarici standartlara uyğun iş təqdim etdiyimizi göstərmək üçün mütəmadi olaraq Global şirkətlərin tenderində iştirak edirik. və artıq bəzi nailiyyətlər də əldə etmişik. Əvvəldə də, vurğuladığım kimi global şirkətlərlə mütəmadi və eyni zamanda bir neçə şirkət ilə eksklüziv əməkdaşlıq edirik.

 

Bir öncəki abzasda qeyd etdiyim kimi biz təklifi göndərdikdən qısa müddət sonra müsbət cavab aldıq və təklifin çox bəyənildiyi bildirildi.

Təkifdə əsas məqam oyun mexanizmi idi. Belə ki, Yeni İldə “yolka” –yeni il ağacı istifadəolunduğundan və həmçinin üzərində element olaraq işıqlar istifadə olunduğu üçün biz də, buna bənzər oyun düşündük.

Deməli biz Stenddə yolka görüntüsü formalaşdırdıq və üzərində 12 ədəd işıqlar yerləşdirdik. Yolkanın qarşısında isə bir lövhə yerləşdirdik və lövhənin üzərində 15 düymə var idi. Bu düymələr vasitəsilə yolkanın üstündəki işıqların hamısı yanıdırılmalı idi. Lakin bu düymələrdən 2-si işləməyən (fake) digər 1-i isə işığı sönüdürürdü. İştirakçının isə səhv etmə şansı yox idi. Bütün işıqları yandıran iştirakçı bizdən 1 ədəd HELL qazanırdı və İphone qazanma şansı əldə edirdi. Bu da təbii ki, oyuna həyəcan qatırdı. Bundan da əlavə, iştirakçı düymələri yaddaşında saxlamasın deyə oyun 3 fazalı qurulmuşdu.

Qeyd edim ki, Biz bu mexanizmi düşünərkən hər iştirakçının nə qədər vaxt sərf etdiyini də hesablayıb 30000 iştirakçını hədəf olaraq təyin etmişdik.

Kampaniya sonunda oyunda iştirak edib qalib gələnlər siyahıda qeydiyyata alındı və kampaniya sonunda həmin siyahı random.org saytına əlavə edildi 1 nəfər İphone qazandı.

 

Əlbəttə ki, bu aktivlik şirkətin satışlarını əhəmiyyətli dərəcədə artırdı. Təqribən 3 ay sonra Mart ayı ərəfəsində növbəti BTL aksiyanı həyata keçirdik. Bu barədə ətraflı növbəti yazımda paylaşacağam.

 

Leave A Comment

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir